20 ədəd

Rich Ceylon pyramid
Rich Ceylon pyramid
Ruqunu vilayətinin plantasiyalarından toplanan, təbiətdən ilhamlanaraq yaradılan Greenfield Rich Ceylon çayı çay dadı etalonunun saflığını üzə çıxarır. Sıx burulmuş çay yarpaqlarının formasının nəcibliyi, yumşaq, bir qədər ədviyyəli dad və incə çiçək notları ilə tumarlayan ətir mükəmməl buket yaradır.
Rich Ceylon pyramid
Redberry Crumble pyramid
Redberry Crumble pyramid
Dəymiş mərsinin çox zərif acılığı Seylon çayının dərin dolğun dadı ilə möhtəşəm şəkildə uzlaşır. Təzə ədviyyatın cəlbedici ətri dad buketini ilıq notlarla tamamlayaraq, bir fincan Redberry Crumble çayını nəfis desert kompozisiyasına çevirir.
Redberry Crumble pyramid
Mint & Chocolate pyramid
Mint & Chocolate pyramid
Greenfield Mint & Chocolate bahalı Seylon çayının yumşaq, bir qədər ədviyyəli dadı sərin nanə notları və tünd şokoladın möhtəşəm ilıq ətri ilə tamamlanıb. Bu zərif birləşmədən ətirli nanənin təravətin və dolğun şokolad çalarları duyulan nəfis, möhtəşəm ahəngli dad buketi yaranır.
Mint & Chocolate pyramid
Sicilian Citrus pyramid
Sicilian Citrus pyramid
Parlaq Greenfield Sicilian Citrus kompozisiyasında Siciliyanın günəşli bərəkətli torpaqlarında yetişdirilən dəymiş qırmızı portağalın şirəsi və seçmə qara Seylon çayının nəfis dadı möhtəşəm ahəng yaradır. Kupaja virtuozcasına daxil edilən təravətli limon notları və itburnunun yumşaq çalarları dad buketini tamamlayır.
Sicilian Citrus pyramid
Royal Earl Grey pyramid
Royal Earl Grey pyramid
Nəcib, dərin və dolğun Greenfield Royal Earl Grey buketi nəfis Seylon çayının ədviyyəli notlarının, berqamotun ciddi klassik ətrinin və sitrus meyvələrinin incə notlarının qəribə şəkildə birləşdiyi həyəcanlandıran ətir dalğası ilə açılır. Şəffaf piramidanın qüsursuz forması və funksional sadəliyi çay yarpaqlarına tam açılmağa və çaya mükəmməl təbii buketin bütün dərinliyini ötürməyə imkan verir.
Royal Earl Grey pyramid
Golden Kiwi pyramid
Golden Kiwi pyramid
Orijinal Greenfield Golden Kiwi kupajı qara çayla kivinin özünəməxsus turşluğunun və reyhanın ədviyyəli təravətinin birləşməsi ilə valeh edir. Ananasın güclə hiss olunan şirinliyi ilə tamamlanmış qızılı kivinin həyəcanlandıran ətri dad buketinin fərdiliyini vurğulayaraq zərif aksentlə önə çıxır.
Golden Kiwi pyramid
Blueberry Forest pyramid
Blueberry Forest pyramid
Dəymiş qaragilənin özünə xas «şimal» dadı Greenfield Blueberry Forest kompozisiyasında Seylon çayının yumşaq, bir qədər ədviyyəli dadı üçün zərif çərçivəyə çevrilir.
Blueberry Forest pyramid
Grape Vines pyramid
Grape Vines pyramid
Parlaq gözəl Greenfield Grape Vines kompozisiyasında möhtəşəm Seylon çayının yüngül ədviyyəliliyi qara üzümün özünəməxsus, şirin dadı və qara qarağatın təsirli notları ilə birləşir. Qarağat yarpağının yay təravəti ilə vurğulanan üzümün möhtəşəm ətri Greenfield Grape Vines çayının dərin dadının ahəngini tamamlayır.
Grape Vines pyramid
Green Ginseng pyramid
Green Ginseng pyramid
Onun hazırlanması üçün Çinin məşhur Fudzyan əyalətində becərilən çay yarpaqları üyüdülmüş jenjen kökü ilə qarışdırılır və sız burularaq xırda çay "daşlar«ı əldə olunur. Dəmlənərkən onlar «açılır» və yüngül ədviyyət ətirli, uzun müddət ağızda qalan möhtəşəm dad buketi yaradır.
Green Ginseng pyramid
Bülletenə
abunə